Qidalanma
Təzyiqi salmaq üçün
Qidalanma
65

Təzyiqi salmaq üçün qatığa iki inqrediyent əlavə edin

Qan təzyiqinin idarə olunmasında pəhrizin rolu tez-tez vurğulansa da, həkimlər sadə bir səhər yeməyinin belə göstəricilərə müsbət təsir göstərə biləcəyini bildirirlər.

E-saglam.az xəbər verir ki, həkimlər hipertoniya ilə mübarizədə faydalı hesab edilən qısa və praktik resept təqdim ediblər.

Mütəxəssislərin sözlərinə görə, bu reseptin əsas təsir mexanizmi liflə bağlıdır. Doktor Mixail Konovalov qeyd edib ki, lif damar sağlamlığını dəstəkləyir, qanda təzyiqi artıran yükü azaldır və ümumi metabolik tarazlığa müsbət təsir edir. Elena Malışeva isə vurğulayıb ki, qarğıdalı kəpəyi və çia toxumu lif baxımından ən zəngin məhsullardandır.

Həkimlərin tövsiyə etdiyi resept son dərəcə sadədir: bir porsiya qatığın içinə bir xörək qaşığı qarğıdalı kəpəyi və bir xörək qaşığı çia toxumu əlavə edin, qarışdırın və ləzzəti artırmaq üçün bir ovuc təzə və ya dondurulmuş giləmeyvə əlavə edin.

Mütəxəssislər belə bir səhər yeməyinin müntəzəm istifadəsinin qan təzyiqinin sabitləşməsinə, ürək-damar sağlamlığının güclənməsinə və günə daha yüngül başlanmasına kömək edə biləcəyini bildirirlər.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun