Xəstəliklər
İnfarkt və insult riskini artıran
Xəstəliklər
118

İnfarkt və insult riskini artıran məhsullar açıqlanıb

GorKlinika-nın qastroenteroloqu İrina Yakovleva xəbərdarlıq edib ki, işlənmiş qidaların, kolbasa, sous və fast food məhsullarının həddindən artıq istehlakı infarkt və insult riskini yüksəldir.

E-saglam.az xəbər verir ki, həkim izah edir ki, bu məhsulların tərkibindəki yüksək duz miqdarı hipertoniya yaradır və bu da birbaşa ürək-damar xəstəliklərinə səbəb ola bilər.

Yakovleva əlavə edib ki, şəkərli qidalar da təhlükəsiz deyil. Şirniyyat və şəkərli içkilər çəki artımı, triqliseridlərin yüksəlməsi və şəkərli diabet riskini artırır ki, bunların hamısı ürək üçün zərərlidir.

Qastroenteroloq tövsiyə edir ki, gündəlik qidalanmada qazlı içkilər, energetik içkilər, qablaşdırılmış şirələr və peçenye kimi məhsullar yalnız təsadüfi, kiçik miqdarda istehlak olunsun. Məhsulun tərkibi nə qədər sadə və aydın olarsa, sağlamlıq üçün bir o qədər faydalıdır. 20-dən çox inqrediyentdən ibarət hazır qidalar isə apriori təhlükəli hesab olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun