Sağlamlıq
Meyvə hava çirkliliyinin ağciyərlərə
Sağlamlıq
66

Meyvə hava çirkliliyinin ağciyərlərə vurduğu ziyanı azalda bilər

Yeni araşdırma göstərib ki, gündə ən azı dörd porsiya meyvə istehlak edən qadınlar hava çirkliliyinin ağciyər funksiyasına mənfi təsirlərindən daha yaxşı qoruna bilirlər.

E-saglam.az xəbər verir ki, tədqiqat Amsterdamda keçirilən Avropa Tənəffüs Cəmiyyəti Konqresində təqdim olunub.

Lester Universitetinin doktorantura tədqiqatçısı Pimpika Kaewsri bildirib ki, dünya əhalisinin 90 faizindən çoxu ÜST tərəfindən müəyyən edilmiş limitləri aşan çirklənmiş hava ilə nəfəs alır. Tədqiqatçılar 200 min insanın məlumatlarını təhlil edərək meyvə istehlakının ağciyər tutumuna təsirini araşdırıblar.

Nəticələrə görə, havada PM2.5 hissəciklərinin hər 5 mikroqram/kubmetr artımı az meyvə yeyən qadınlarda FEV1 göstəricisinin 78 ml, çox meyvə yeyənlərdə isə 57 ml azalmasına səbəb olub. Bu fərq meyvənin qoruyucu təsir göstərdiyini ortaya qoyur.

Mütəxəssislər qeyd edirlər ki, meyvələrdəki təbii antioksidantlar və iltihab əleyhinə maddələr çirklənmiş havanın yaratdığı oksidləşdirici stressi azaldaraq ağciyərləri qoruyur.

Turin Universitetinin professoru Sara De Matteis bildirib ki, sağlam pəhriz tənəffüs sağlamlığı üçün önəmlidir, lakin bu, hava çirkliliyini azaltmaq istiqamətində dövlət siyasətlərinin əhəmiyyətini əvəz etmir.

Alimlər pəhriz vərdişlərinin uzunmüddətli təsirini araşdırmağa hazırlaşır və meyvə istehlakının çirkliliyə məruz qalan bölgələrdə tənəffüs sağlamlığının qorunmasında mühüm rol oynaya biləcəyini vurğulayırlar.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun