Tibbi xəbərlər
Arıqlama iynələri ilə bağlı həkimdən ciddi xəbərdarlıq
Tibbi xəbərlər
85

Arıqlama iynələri ilə bağlı həkimdən ciddi xəbərdarlıq

Ankara Təlim və Tədqiqat Xəstəxanasının endokrinologiya mütəxəssisi Prof. Dr. Mustafa Altay arıqlama iynələrinin yalnız həkim nəzarəti altında istifadə edilməli olduğunu bildirib.

E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, sosial mediada yayılan yanlış məlumatlar səbəbindən bu dərmanlara maraq artıb, lakin düzgün istifadə olunmadıqda ciddi yan təsirlər yarana bilər.

Dr. Altay qeyd edib ki, arıqlama inyeksiyaları əsasən 2-ci tip diabet xəstələrində və həyat tərzini dəyişsə də arıqlaya bilməyən piylənmə xəstələrində tətbiq olunur. Bu müalicə yalnız bədən kütlə indeksi 30-dan yuxarı olan şəxslərə uyğun ola bilər və mütləq tibbi nəzarət tələb edir.

Mütəxəssis bildirib ki, inyeksiyanı istifadə etməzdən əvvəl xəstənin böyrək və qaraciyər funksiyaları yaxşı olmalı, pankreatit keçirməmiş olmalı, ailəsində tiroid xərçəngi və ya endokrin sindromlar olmamalıdır. Dərman mədə-bağırsaq sistemi, öd kisəsi və mədəaltı vəziyə təsir göstərə bilər. Həmçinin uzun müddət insulin istifadə edən bəzi diabet xəstələrində görmə ilə bağlı yan təsirlər qeydə alınıb.

Prof. Altay reseptsiz istifadənin xüsusilə təhlükəli olduğunu vurğulayıb. Onun sözlərinə görə, bəzi hallarda xəstələr saxta dərmanlarla qarşılaşa bilər və preparatın içində insulin olması qan şəkərinin kəskin düşməsinə, komaya və hətta ölümə səbəb ola bilər. Allergik reaksiyalar və ürək çatışmazlığının ağırlaşması kimi risklər də mövcuddur.

Altay əlavə edib ki, məşhurlarla bağlı yayılan şayiələr bu dərmanlara tələbatı artırır və bu, yanlış qərarlara gətirib çıxarır. O, xəstələri xəbərdar edərək bildirib ki, arıqlama inyeksiyalarından yalnız endokrinoloqun qiymətləndirməsindən sonra istifadə olunmalıdır.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun