Diyetoloq Aleks Sempere müntəzəm olaraq sağlam qidalanmağın vacib olduğunu, lakin bəzən sağlam olmayan qidalarla qidalanmağın vacib olduğunu bildirib.
E-saglam.az xəbər verir ki, o, "20minutos"a verdiyi müsahibədə bədən üçün faydalı olmayan qidaların istehlakı ilə bağlı bir qaydanı açıqlayıb.
"Zərərli qidaları heç bir problem olmadan ara-sıra yeyə bilərsiniz. Əsl problem təkrarlamamaqdır. Ponçik və ya peçenye yemək o qədər də böyük bir problem deyil. Amma uşağın adi qəlyanaltısı bunlardan ibarətdirsə, deməli, risk var. Bu qidalar hər gün istehlak edilməməlidir", - deyə həkim bildirib.
Lakin o, bu qaydanın bir istisnası olduğunu deyir: şəkərli içkilər. Həkim onları tamamilə qadağan edir.
"Onlar bir çox insan üçün daimi şəkər mənbəyidir. Onlar aclığı yatırmayan, əksinə, insanın özü də fərqinə varmadan həddindən artıq istehlaka səbəb olan çoxlu miqdarda kalori ehtiva edir", - deyə mütəxəssis izah etdi.
Tərcümə: Könül Oruc