Tibbi xəbərlər
TƏBİB-in gəlirləri artdı:
Tibbi xəbərlər
170

TƏBİB-in gəlirləri artdı: 1 milyarddan çox vəsait toplanıb

2025-ci ilin ilk 10 ayında TƏBİB üzrə ümumi gəlir 1 milyard 180,549 min manat təşkil edib ki, bu da ötən illə müqayisədə 5,05 % çoxdur.

E-saglam.az xəbər verir ki, bu barədə TƏBİB-in Maliyyə departamentinin rəhbəri Xəyal Cəlilov "İlin yekunlarına və növbəti il üçün qarşıya qoyulan hədəflərə dair" müavin, müşavir, departament rəhbərləri və tabeli müəssisələrin rəhbər heyətinin iştirakı ilə müşavirədə bildirib.

Onun sözlərinə görə, hesabat dövründə ilkin tibbi sanitariya yardımı xidməti üzrə gəlirlərdə 0,39 % artım qeydə alınıb və 170 milyon 542 min manat təşkil edib.

Təcili tibbi yardım xidməti üzrə daxilolmalar göstərilən dövr ərzində 203 milyon 27 min manata çatıb (0,38 % artım).

Xidmətlər Zərfi üzrə təqdim olunan tibbi xidmətlərin həcmi 787 milyon 65 min 768 manat (artım 7 %), ödənişli tibbi xidmətlərdən (ƏDV-siz) daxil olan vəsait 19 milyon 914 min (artım 23,59 %) olub.

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun