Xəstəliklər
22 yaşlı qadın iş yerində yaşadığı güclü stress səbəbilə
Xəstəliklər
351

22 yaşlı qadın iş yerində yaşadığı güclü stress səbəbilə xəstəxanaya yerləşdirilib

22 yaşlı britaniyalı qadın Kortni Stoks iş yerindəki şiddətli stress səbəbindən qəfil ürək tutması keçirib.

E-saglam.az xəbər verir ki, onun hekayəsi "Metro" tərəfindən dərc edilib.

Stokes bildirdi ki, həmin gün istirahət günü idi, valideynləri ilə söhbət edirdi, sonra bağçaya çıxıb qəfildən yıxıldı. O, təcili yardım gələnə qədər ürək-ağciyər reanimasiyası və ürək masajı edən atasının sayəsində sağ qaldığını söylədi: "Mən tamamilə huşumu itirdim, yeddi dəqiqə yox idim".

Qadın qeyd edib ki, xəstəxana ona mitral qapaq disfunksiyası diaqnozu qoyub. Bu, qəfil ürək dayanmasına səbəb ola biləcək ürək anomaliyasıdır. Həkimlər deyirlər ki, tutmanın qarşısını almaq demək olar ki, mümkün deyil, amma iş stressi prosesi sürətləndirib.

Britaniyalı qadın tutmadan bir neçə gün əvvəl ürək döyüntülərinin tezləşməsi və başgicəllənmə hiss etdiyini, duş qəbul edərkən vəziyyətin daha da pisləşdiyini bildirib. Lakin o, bu simptomları narahatlıqla əlaqələndirərək məhəl qoymayıb.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun