Türkiyədə təhsil almış uşaq immunoloqu və allerqoloqu Uzm. Dr. Röyalə Babayeva artıq Məlhəm Beynəlxalq Hospital-da fəaliyyətə başlayıb.
E-saglam.az xəbər verir ki, Azərbaycanda az rast gəlinən tibbi sahələrdən biri olan Uşaq İmmunologiyası və Allerqologiyası üzrə xidmətlər artıq Məlhəm Beynəlxalq Hospital-da təqdim olunur.
Bu sahədə fəaliyyət göstərən Uzm. Dr. Röyalə Babayeva — İstanbul Universiteti Cərrahpaşa Tibb Fakültəsində pediatriya ixtisasını tamamlamış, daha sonra Mərmərə Universitetində Uşaq İmmunologiyası və Allerqologiyası üzrə yandal təhsili almış mütəxəssisdir.
Dr. Röyalə Babayeva uşaqlarda tez-tez təkrarlanan infeksiyalar, bronxial astma, allergik rinit, qida və dərman allergiyaları, atopik dermatit və immun çatışmazlıqları kimi problemlərin diaqnostika və müalicəsini həyata keçirir. Həmçinin allergiyaya qarşı immunoterapiya (allergenə spesifik müalicə) tətbiq edərək uzunmüddətli və effektiv nəticələr əldə etməyə kömək edir.
Uzm. Dr. Babayeva bildirib:
“Uşaqlarda immun sisteminin zəifləməsi və allergik reaksiyalar son illərdə daha çox müşahidə olunur. Bu hallar bəzən valideynlər tərəfindən sadə soyuqdəymə kimi qəbul edilir, lakin səbəb daha dərin ola bilər. Erkən diaqnostika və düzgün müalicə uşağın həyat keyfiyyətini tamamilə dəyişə bilər”.
Məlhəm Beynəlxalq Hospital-da tətbiq edilən müasir laborator analizlər və allergiya testləri sayəsində uşaqlarda immun pozğunluqlarının səbəbi dəqiqliklə müəyyən edilir və fərdi müalicə planı hazırlanır.
Peşəkar həkim heyəti, yüksək texnoloji baza və beynəlxalq səviyyədə təcrübəyə malik mütəxəssisləri ilə Məlhəm Beynəlxalq Hospital bu gün uşaq immunologiyası və allerqologiyası sahəsində Azərbaycanda aparıcı istinad mərkəzlərindən biri kimi fəaliyyət göstərir.
Qəbul üçün: 803 və ya 051 201 71 01 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.