Qidalanma
Alimlər çayın faydalarını maksimum dərəcədə qorumaq üçün
Qidalanma
96

Alimlər çayın faydalarını maksimum dərəcədə qorumaq üçün düzgün dəmlənmə üsulu kəşf ediblər

Çayın qida dəyəri birbaşa dəmləmə üsulundan asılıdır.

E-saglam.az xəbər verir ki, italyan alimləri çay dəmləməsinin üç üsulunu müqayisə ediblər: ənənəvi Çin üsulu (qayvanda), Saf Dəmləmə üsulu və Fransız presi.

Tədqiqatın nəticələrinə görə, qayvanda üsulu həm yaşıl, həm də qara çay üçün ən təsirli metoddur. Bu üsul yaşıl çayda daha çox katexin və epikatexin, qara çayda isə daha çox flavonol saxlayır. Hər iki birləşmə çayın antioksidant xüsusiyyətlərini artırır.

Meyvə çayları üçün Fransız presi ən yaxşı üsuldur. Bu metod çayda antosiyanin və fenolik turşuların miqdarını artırır ki, bu da sağlamlıq üçün faydalıdır.

Alimlər həmçinin aşkar ediblər ki, çayın rəngi nə qədər tünd olarsa, bioaktiv maddələrin miqdarı da bir o qədər yüksək olur.

Bu tədqiqat "Microchemical Journal" jurnalında dərc olunub.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun