Tibbi xəbərlər
Beyni 8 il “gənc” saxlayan
Tibbi xəbərlər
13

Beyni 8 il “gənc” saxlayan 4 sadə vərdiş açıqlandı

Alimlər orta yaş və yaşlılıq dövründə insanların beyin sağlamlığını yaxşılaşdıran dörd əsas vərdişi müəyyən ediblər.

E-saglam.az xəbər verir ki, Florida Universiteti və beynəlxalq tədqiqat qruplarının apardığı araşdırmada MRT və maşın öyrənməsi metodlarından istifadə olunaraq 128 yetkinin “beyin yaşı” hesablanıb və real yaşları ilə müqayisə edilib. Nəticədə məlum olub ki, həyat tərzində müsbət vərdişlərə sahib olan insanların beyni ortalama 8 il daha gənc görünür. 

İki il davam edən araşdırmada iştirakçılar dörd qitədən seçilib və əksəriyyəti diz osteoartritinə bağlı xroniki ağrı hiss edən ya da bu risk qrupunda olan şəxslərdən ibarət olub. MRT və maşın öyrənməsi nəticələrinə görə, psixoloji dözümlülüyə malik və sağlam həyat tərzi sürən şəxslərin beyinləri xronoloji yaşlarına görə daha gənc olub.

Tədqiqat həmçinin göstərib ki, xroniki ağrı, aşağı gəlir, az təhsil və sosial çətinliklər beyin yaşını sürətlə artıra bilər. Buna baxmayaraq, sağlam həyat tərzi bu mənfi təsirləri zəiflədə bilər. 

Sağlam beyin üçün nəyi unutmaq olmaz?

Mütəxəssislər bildirirlər ki, aşağıdakılar beyin sağlamlığını dəstəkləməklə daha gənc beyin profili ilə əlaqələndirilir:

- Keyfiyyətli və kifayət qədər yuxu,

- Stressin idarə edilməsi,

- Müsbət və aktiv sosial əlaqələr,

- Siqaret çəkməmək və sağlam bədən çəkisini qorumaq.

Tədqiqatın nəticələri "Brain Communications" jurnalında dərc edilib.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun