Sağlamlıq
Qışda quru havaya qarşı sadə tədbir:
Sağlamlıq
106

Qışda quru havaya qarşı sadə tədbir: otaqlarda bir qab su saxlayın

Qış aylarında qapalı məkanlarda havanın quruması immuniteti zəiflədə bilər. Mütəxəssislər bildirirlər ki, xüsusilə qızdırılan evlərdə burun və boğazın daxili səthi quruyur, bu da qrip, soyuqdəymə və digər tənəffüs yolu infeksiyalarına yoluxma riskini artırır.

E-saglam.az xəbər verir ki, bu mövsüm qrip halları əvvəlki illərlə müqayisədə daha tez və daha ağır keçir. Yeni ştammların sürətlə yayılması həm gündəlik həyata, həm də xəstəxanaya müraciətlərin sayına ciddi təsir göstərir. Uşaqlar, yaşlılar və immun sistemi zəif olan şəxslər risk qrupunda sayılır.

Səhiyyə mütəxəssislərinin fikrincə, ideal qapalı rütubət səviyyəsi 40–60 faiz arasında olmalıdır. Quru hava tənəffüs yollarını qıcıqlandırır, yüksək rütubət isə kif və bakteriyaların yaranması üçün şərait yarada bilər. Quru dəri, boğazda yanma bu halın ən yayğın əlamətlərindəndir.

Rütubət balansını qorumaq üçün mütləq bahalı cihazlara ehtiyac yoxdur. Radiatorların və ya istilik mənbələrinin yaxınlığında su ilə doldurulmuş dayaz qabların saxlanması buxarlanma yolu ilə havanın nəmlənməsinə kömək edə bilər. Ev bitkiləri, qısa müddətli havalandırma və nəmləndiricilər də alternativ üsullar sayılır.

Gigiyena məsələsi xüsusi diqqət tələb edir. Qablardakı su hər gün dəyişdirilməli, mümkün olduqda distillə edilmiş sudan istifadə edilməlidir. Əks halda bakteriya və kif yarana, bu isə əlavə sağlamlıq problemlərinə səbəb ola bilər.

Ekspertlər xatırladırlar ki, yalnız rütubət balansı kifayət deyil. Əllərin tez-tez yuyulması, qapalı məkanların müntəzəm havalandırılması və özünü narahat hiss edən zaman izdihamlı yerlərdən uzaq durmaq da xəstəliklərdən qorunmada vacib rol oynayır.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun