Psixologiya
Niyə evlilikdə münasibətlər ölür? -
Psixologiya
182

Niyə evlilikdə münasibətlər ölür? - Psixoloq xəyanətin əsas səbəbini açıqlayıb

Psixoterapevt və münasibət mütəxəssisi Ester Perel hesab edir ki, hər bir xəyanət hadisəsinin özünəməxsus xüsusiyyətləri olsa da, onların hamısının altında yatan ortaq səbəb eynidir: münasibətlərin canlılığını itirməsi.

E-saglam.az xəbər verir ki, Perel “The Telegraph”a açıqlamasında bildirib ki, xəyanət çox vaxt tərəfdaşlardan birinin rədd edildiyini, laqeyd qalındığını və ya emosional uzaqlaşmanı hiss etməsi ilə əlaqəlidir. Onun sözlərinə görə, bir çox insanlar evli olduqları halda belə, özlərini tənha hiss etdikləri üçün xəyanətə əl atırlar. Bəzən isə aldatmanın səbəbləri birbaşa münasibətdəki problemlərlə yox, şəxsi psixoloji və emosional təcrübələrlə bağlı olur.

Bununla belə, Perel vurğulayır ki, bu vəziyyətlərin hamısında əsas problem münasibətin “ölməsi”dir. Onun fikrincə, bu vəziyyətdən çıxış yolu var — tərəfdaşlar bir-birinə yenidən maraq göstərməyə başlayarsa, münasibətləri canlandırmaq mümkündür.

Psixoloq cütlüklərə tövsiyə edir ki, “rahatlıq zonasında” ilişib qalmaq əvəzinə, bir-birləri ilə maraqlı və dərin söhbətlər etsinlər. “Bəzən partnyorunuzu sandığınız qədər tanımadığınızı etiraf etməklə münasibətdə yeni bir nəfəs yaratmaq mümkündür”, – deyə Perel əlavə edib.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun