Tibbi xəbərlər
Ölkədə dərman qıtlığı yaşanır –
Tibbi xəbərlər
3683

Ölkədə dərman qıtlığı yaşanır – Dərmanlar niyə tapılmır?

Ölkədə, xüsusilə də Bakı şəhərində bir sıra dərmanlar üzrə çatışmazlıqlar var.

E-saglam.az-a bununla bağlı artıq bir neçə həkim və vətəndaş müraciət edib.

Çatışmayan dərmanlar sırasında “Azitromicin” ( heç bir adla), “Cefixim” ( heç bir adla), “Parasetamol” siroplar, “Klaritromicin” siroplar, “Salbutamol” tərkibli inhalyasiya üçün məhlullar, öskürəyə təsir edən nisbi müsbət effektli siropları xüsusilə qeyd etmək olar.

Həkimlər də, əczaxanalar da, vətəndaşlar da dərmanların yoxluğundan şikayətçidirlər. Bəs görəsən, problem nədədir?

Həkim-pediatr Günay Rəsulova E-saglam.az-a açıqlamasında bildirib ki,  xəstəliklərin baş alıb gedən vaxtında keyfiyyətinə güvəndiyimiz, ən effektli dərmanların tapılmasında çox ciddi problemlər yaşanır: “Hətta 3-4 variant əvəzedicilər də yoxdur. Xüsusilə uşaqlar üçün olan dərmanlar tapılmır. Amma bununla yanaşı digər ixtisas həkimləri də bu problemi yaşayır. Bütün günü pasiyentlərlə əczaxana turları edirik”.

Aptek müdiri Yalçın Nəbiyev deyib ki, elə sadə dərmanlar yoxa çıxır ki, xəstəyə nə cavab verəsən bilmirsən: “Gün ərzində 20-30 həkimlə əlaqə saxlayırıq, xəstəyə uyğun dərman verməyə çalışırıq. İnsanlar həkimləri və apteki günahkar bilirlər. Amma düşünürəm ki, problem Tarif Şurasındadır. Və bir də dünya nəhənglərinin Azərbaycan bazarından çıxıb getməklərində”.

Vətəndaş Xəyalə Hacıyeva deyir ki, 12 aptek gəzdim, heç birində aqumentin, azitromisin yox idi: "Amoksiklavda elə firmalar idi ki, adlarını belə ilk dəfə eşidirdim. Keyfiyyətinə şübhəm olduğu üçün almadım. Tarif Şurası yaranandan ölkədə normal keyfiyyətli dərman qalmayıb".

Pediatr Vaqif Qarayev bildirib ki, uşaqlar arasında yayılan mövsümi viruslar səngimək bilmir: "Belə bir zamanda gündəlik lazım olan dərmanlar yoxa çıxıb. Özümüz dərman istehsal etməliyik, qonşuya ümidli olmaq olmaz”.

Məsələ ilə bağlı Vita Apteklər şəbəkəsinin Bayıl filialına müraciət etdik. Aptekdən bizə bildirildi ki, sözü gedən dərmanlarla bağlı həqiqətən də iki aya yaxındır ciddi problemlər yaşanır. Həmin dərmanların alışı ilə bağlı dəfələrlə müraciət olsa da, depoda dərmanlar olmadığı üçün satış mümkün olmur. Dərman üçün müraciət edən vətəndaşlar əliboş geri qayıdır”.

Beyləqan rayonunun mərkəzində yerləşən apteklə də əlaqə saxladıq. Əczaxanadan bildirildi ki, sözügedən dərmanlarla bağlı heç bir problem yaşanmayıb. Hazırda həmin dərmanlar aptekdə mövcuddur.

Belə qənaətə gələ bilərik ki, bu problem əsasən Bakı şəhərindədir.

Son olaraq Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Günay Quluzadə ilə əlaqə saxladıq. O, bildirdi ki, ölkəyə dərmanların gətirilməsi Səhiyyə Nazirliyinin səlahiyyətinə aid deyil: “Nazirlik sadəcə gətirilən dərmanların keyfiyyətinə nəzarət olaraq rəy verə bilir ki, ölkədə istifadə oluna bilər, yaxud oluna bilməz. Ölkəyə dərmanların gətirilməsi isə, Nazirlər Kabinetinin, Prezident Aparatının və Böyük apteklərin şəxsi firmalarının tabeliyindədir”.

Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə
Dr. Günay Rəsulova

Dr. Günay Rəsulova

Həkim-Pediatr

Təhsil

Azərbaycan Tibb Universiteti

Təkmilləşmə

Türkiyə, İstanbul, Şişli Eğitim və Araştırma xəstəxanası

Türkiyə, İzmir Ege Universiteti

İştirak etdiyi konfranslar və qatıldığı kurslar:

2011-ci il, Ankara Yüksek Öğretim Kurulu Başkanliği tərəfindən Türkiyə Cümhuriyyəti Diploma Denklik Belgesi ilə təltif edilib. 2014 Türkiyə Əməkdaşlıq və Kordinasiya Agentliyi tərəfindən təşkil olunmuş."Neonotal Reanimasiya" üzrə tam kurs keçərək sertifikatla təltif edilib.

2014-ci il, İstanbulda Şişli Eğitim və Araştırma xəstəxanasında "Neonatal İntensive Care", “ Yenidoğan reanimasiyası” üzrə təkmilləşmə kursu keçərək sertifikatla təltif edilmişdir.

2014-ci ildə, “Azərbaycan Heart and Health Association “ tərəfindən təşkil olunmuş "Anadangəlmə ürək qüsurları" üzrə kurs və təlim keçərək sertifikatla təltif edilmişdir.

2016-cı il, Türkiyə , İzmir Ege Universitetində “ Uşaq xəstəlikləri” üzrə təkmilləşdirmə kursu keçmişdir.

2016-cı il, Polşa,Krakov şəhərində "Müasir dövrümüzde Pediatrik xəstəliklər"lə bağlı təşkil edilən Beynəlxalq konfransda iştirak etmiş, sertifikatla təltif edilmişdir.

2017-ci il, Türkiyə Cumhuriyyəti tərəfindən təşkil edilmiş “Uşaqlarda İnkişafın Dəyərləndirilməsi üzrə İDİR- Beynəlxalq proqramı üzrə təlim keçmiş, sertifikatla təltif edilmişdir.

2017-ci il, Ruminiya, Buxarestdə təşkil edilmiş 8ci Europediatrics Congress və Ruminiya Pediatrik cəmiyyətinin XIII -cü milli konqresində iştirak edərək sertifikatla təltif olunub.

2018-ci il Türkiyə, İstanbul, Memorial Hizmet xəstəxanasında “Uşaq xəstəlikləri” üzrə təkmilləşmə kursu keçərək, sertifikatla təltif edilmişdir.

2018-ci il Fransa, Parisdə keçirilən Avropa Pediatriya Cəmiyyətinin 7-ci konqressində iştirak edərək sertifikatla təltif edilmişdir.

2019-cu ildə İrlandiya, Dublində keçirilən Avropa Pediatriya Assosiasiyasının (Europediatrics) 9-cu konqressində iştirak edərək sertifikatla təltif edilmişdir.

2022-ci il, 7-11 oktyabr tarixində, EAPS- European Academy of Paediatric Societies, Barcelonada təşkil etdiyi Pediatrik konfransda iştirak edərək sertifikatla təltif edilmişdir.

2022-ci il, 2-6 noyabr tarixində Antalyada təşkil edilmiş 18.Ulusal Çocuk Acil TIP ve Yoğun Bakım Kongresində iştirak edərək, sertifikatla təltif edilmişdir.

2022-ci il, 22-24 dekabr tarixində Azərbaycan Pediatriya Cəmiyyətinin I milli Konqresində iştirak edərək sertifikatla təltif edilmişdir.

İş təcrübəsi:

2008 ci ildən etibarən müxtəlif klinikalarda Həkim-Pediatr vəzifəsində çalışmış, hal-hazırda fəaliyyətini “Leyla Medical Center” Pediatriya şöbəsində Həkim-Pediatr olaraq davam etdirir.

Azərbaycan Pediatriya Cəmiyyətində media təmsilçisi, eyni zamanda Azərbaycan Pediatriya Cəmiyyətinin təqdimatında, Səhiyyə TV də yayımlanan, Tibbi-Maarifləndirici layihə, “Uşaq sağlamlığı” programının aparıcısı olaraq da fəaliyyət göstərir.

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun