Xəstəliklər
Ömrü 15 il qısaldan xəstəlik -
Xəstəliklər
463

Ömrü 15 il qısaldan xəstəlik - 8 nəfərdən birində var

Piylənmə dünyada artmaqda olan ciddi sağlamlıq problemidir.

E-saglam.az xəbər verir ki, İnönü Universiteti Turqut Özal Tibb Mərkəzinin mütəxəssisi Prof. Dr. Fatih Sümer piylənmənin ürək xəstəlikləri, hipertoniya və digər sağlamlıq problemlərinə səbəb olduğunu, həmçinin insan ömrünü 10-15 il qısaltdığını vurğulayır. Dünyada hər 8 nəfərdən 1-i piylənmədən əziyyət çəkir.

Türkiyədə obezitenin yayılma səviyyəsi Avropada ən yüksək göstəricilər arasındadır. Sənayeləşmə və həyat tərzinin dəyişməsi fiziki aktivliyin azalmasına, qeyri-sağlam qidalanmaya və çəki artımına gətirib çıxarır. Piylənmə sadəcə çəki problemi deyil, həm də ciddi xəstəliklərin əsas səbəblərindən biridir.

Mütəxəssislər bədən kütlə indeksi 35-dən yuxarı olan şəxslərdə cərrahi müdaxiləni uyğun hesab edirlər. Bununla belə, piylənmənin müalicəsində əsas rolu sağlam həyat tərzi və düzgün qidalanma oynayır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun