Uzunömürlülük üzrə tədqiqatçı Dan Buettnerin fikrincə, gündəlik lobya və digər paxlalılar yemək ömrü dörd il artırır.
E-saglam.az xəbər verir ki, ekspertin sözlərini Daily Mirror sitat gətirir.
Yüzilliklərin pəhrizlərini illərlə müşahidə etdikdən sonra Buettner belə nəticəyə gəldi ki, paxlalılar tam taxıl, göyərti, tərəvəz və qoz-fındıq kimi sağlam pəhrizin əsas hissəsi olmalıdır. "Əgər gündə təxminən bir fincan lobya yeyirsinizsə, ehtimal ki, ömrünüzü dörd il artıra bilərsiniz", - dedi ekspert.
Buettner bildirib ki, lobya, noxud və bu kimi məhsulların əsas üstünlüyü onlarda zülal və lifin birləşməsidir. Onun sözlərinə görə, birləşmə, doldurur, enerji verir və 2-ci tip diabet, ürək xəstəliyi və iltihablı bağırsaq xəstəliyi kimi bir çox xroniki xəstəliklərə qarşı qoruyur. Bundan əlavə, bəzi tədqiqatlar paxlalıların qan xolesterol səviyyəsini aşağı sala biləcəyini göstərir.
Tərcümə: Könül Oruc