Amerikalı həkim Lüsiya Qarsia uzunmüddətli araşdırmalardan sonra orqanizmə ən çox fayda verən ət növünün adını açıqlayıb.
E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, həkimin fikrincə, ən faydalısı toyuq ətidir. Toyuq əti həm faydalı, həm ləzzətli, həm də ucuzdur.
Toyuq əti zəngin zülal mənbəyidir. Yağlılığı isə cəmi 5 faiz təşkil etdiyinə görə, həm də əla pəhriz yeməyi sayılır.
Həmçinin fosfor, dəmir, mis, sink kimi minerallarla, B12, B6, A , D, K, C və E vitamini ilə zəngindir.
Qeyd edək ki, söhbət kənd toyuğundan gedir.
Mənbə: lent.az