Tibbi xəbərlər
Oruc tutarkən kolonoskopiya etmək
Tibbi xəbərlər
271

Oruc tutarkən kolonoskopiya etmək orucu pozurmu?

Ramazan ayı yaxınlaşdıqca tibbi prosedurların oruca təsiri ilə bağlı suallar artır. Bu mövzulardan biri də bağırsaq xəstəliklərinin diaqnostikasında istifadə edilən kolonoskopiya prosedurudur. Bəs kolonoskopiya orucu pozurmu?

E-saglam.az xəbər verir ki, kolonoskopiya yoğun bağırsağın daxili səthini araşdırmaq üçün istifadə edilən görüntüləmə üsuludur. Xüsusi aparat vasitəsilə anusdan daxil edilərək bağırsaq müayinə edilir, lazım gəldikdə nümunə götürülür. Prosedur zamanı görüntünü yaxşılaşdırmaq üçün bağırsağa su verilə bilər.

Kolonoskopiya zamanı həzm sisteminə su, yağ və ya qida xüsusiyyətinə malik maddə daxil edilərsə, oruc pozulur. Çünki bu maddələr bədəni qidalandırmaq və gücləndirmək funksiyası daşıyır. Bu səbəbdən, prosedurun icra üsulu orucun pozulub-pozulmamasında əsas rol oynayır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun