Xəbərlər
Ötən yay Fransada beş mindən çox insan istidən ölüb
Xəbərlər
418

Ötən yay Fransada beş mindən çox insan istidən ölüb

Fransada 2023-cü ildə isti hava beş mindən çox insanın ölümünə səbəb olub ki, onların da əksəriyyəti yaşlılardır.

E-saglam.az xəbər verir ki, bu məlumatı Fransa Milli Səhiyyə Agentliyi təqdim edib.

“Bütün yay monitorinqi dövrü ərzində (iyunun 1-dən sentyabrın 15-dək) istilikdən ölənlərin sayı beş mini ötüb ki, bu da ümumi ölüm hallarının 3%-dən çoxunu təşkil edir”, - hesabatda deyilir.

Həmçinin bildirilib ki, ölümlərdən 11-i “istehsal zamanı baş verən hadisələr” nəticəsində (yarısı tikinti sahələrində) baş verib.

Mənbə: TASS / Oxu.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun