Xəbərlər
Ovladığı heyvanın əti mavi çıxdı -
Xəbərlər
95

Ovladığı heyvanın əti mavi çıxdı - "Bu əti qəti yeməyin"

ABŞ-ın Kaliforniya ştatında ovçular bu il tutduqları vəhşi donuzları kəsərkən inanılmaz mənzərə ilə qarşılaşıblar – heyvanların əzələ və toxumaları parlaq mavi rəngdə idi.

E-saglam.az-ın məlumatına görə, araşdırma nəticəsində məlum olub ki, bu donuzlar “difakinon” adlı gəmirici zəhəri yemiş və bu maddə onların toxumalarında rəng dəyişikliyinə səbəb olmuşdu.

Kaliforniya Balıq və Vəhşi Təbiət Departamenti (CDFW) bir donuzun mədəsində həmin mavi rəngli zəhərin izlərini aşkarlayıb. Mütəxəssislər bildirirlər ki, gəmirici zəhərləri adətən diqqətçəkən rənglərlə hazırlanır ki, digər yemlərlə qarışdırılmasın.

Monterey Rayon Parklar Müdiri Bryan Flores ovçulara açıq xəbərdarlıq edib: “Əgər kəsdiyiniz ətin toxuması mavidirsə, onu yeməyin!”. Difakinonun istifadəsi Kaliforniyada müəyyən hallarda icazəlidir, lakin insanlarda zəhərlənmə nadir olsa da, baş verdikdə ölüm riski yüksəkdir.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu zəhər qida zənciri ilə daha böyük yırtıcılara keçə bilər. Dünyanın müxtəlif yerlərində, o cümlədən Cənubi Afrikada, Asiyada və ABŞ-da bu maddə nadir növlərə ciddi təhlükə yaradır. Kaliforniyada məşhur puma P-22 də difakinon zəhərlənməsi səbəbindən ölməli olub.

Vəhşi Təbiət Qurumları gəmiricilərə qarşı ekoloji cəhətdən təmiz metodlardan istifadəni tövsiyə edir: durğun suları aradan qaldırmaq, bayquş yuvaları qurmaq və gəmiricilərə davamlı zibil qutularından istifadə etmək kimi tədbirlər daha təhlükəsiz alternativlər sayılır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun