Xəstəliklər
Pandemiya zamanı hər kəsin kabusu olan qalıcı QOXU
Xəstəliklər
260

Pandemiya zamanı hər kəsin kabusu olan qalıcı QOXU itkisinə yeni ümid

Biruni Universiteti və London Metropolitan Universitetinin birgə araşdırmasına görə, COVID-19-dan sonra yaranan daimi qoxu itkisi genetik yox, epigenetik səbəblərlə bağlı ola bilər.

E-saglam.az xəbər verir ki, tədqiqat zamanı qoxu itkisi olan şəxslərdə UGT1A1 genində DNT metilasiyasının səviyyəsinin 14% aşağı olduğu müəyyən edilib.

Epigenetika gen ardıcıllığını dəyişmədən, ətraf mühit faktorlarının gen fəaliyyətinə təsirini öyrənir. Bu dəyişikliklər, qoxu itkisinə səbəb olan mexanizmləri anlamaqda mühüm rol oynaya bilər. Tədqiqatçılar bildirir ki, metilasiya səviyyəsindəki bu fərqlər gələcəkdə biomarker kimi istifadə edilə bilər və risk altında olan şəxslər daha tez müəyyən edilə bilər.

Mütəxəssislər hesab edir ki, əgər bu epigenetik dəyişikliklər geri çevrilə bilsə, uzunmüddətli qoxu itkisi üçün fərdiləşdirilmiş və təsirli müalicə yolları açıla bilər. Bu isə pandemiyadan sonra qoxu duyusunu itirən minlərlə insan üçün yeni bir ümid deməkdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun