Qidalanma
Pərakəndə və topdansatış obyektlərində satışa çıxarılan dondurmalarda
Qidalanma
224

Pərakəndə və topdansatış obyektlərində satışa çıxarılan dondurmalarda TƏHLÜKƏ VAR?

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən cari ildə keçirilən növbəti monitorinq çərçivəsində pərakəndə və topdansatış obyektlərində satışa çıxarılan yerli istehsallı dondurma məhsullarından ümumilikdə 50 nümunə götürülərək müayinə üçün müvafiq laboratoriyalara təqdim edilib.

E-saglam.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Məlumatda bildirilib ki, sınaq nəticələrinə əsasən, nümunələrdə təhlükəsizlik göstəriciləri üzrə hər hansı uyğunsuzluq aşkarlanmayıb.

"Xaricdən gətirilən dondurma məhsulları isə ölkənin gömrük ərazisinə daxil olarkən riskəsaslı nəzarətə cəlb olunur. Yalnız sınaq nəticələri uyğun çıxan məhsulların dövriyyəsinə icazə verilir", - deyə məlumatda qeyd edilib.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun