Qidalanma
Peyvənd olunana pulsuz dönər təklif edirlər
Qidalanma
245

Peyvənd olunana pulsuz dönər təklif edirlər

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib.

Berlindəki “Kaplan Dönər”in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyini bildirib.

Kaplanın sözlərinə görə, kampaniyaya start veriləndən cəmi iki saat sonra artıq 80 nəfər vaksin olunmuş şəxs mükafat üçün iaşə obyektlərinə müraciət edib.

Kampaniyanın 3 gün davam edəcəyi bildirilib.// oxu.az

Mənbə: “Haber Global”

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun