Xəstəliklər
Pişiklərin daşıdığı
Xəstəliklər
81

Pişiklərin daşıdığı təhlükəli xəstəliklər

Pişiklər təkcə mehriban ev heyvanları deyil, həm də təhlükəli xəstəliklərin daşıyıcısı ola bilər.

Ən təhlükəli xəstəlik quduzluqdur. Bu xəstəlik daha çox itlərlə əlaqəli olsa da, pişiklər də daşıyıcı ola bilər. Xəstəlik dişləmə yolu ilə ötürülür və təcili peyvənd edilmədikdə ölümcül olur. Heyvanda və insanda heç bir xəstəlik əlaməti olmasa belə həyata keçirilir.

Bundan əlavə, pişiklər toksoplazmoza səbəb olan Toxoplasma gondii parazitinin əsas sahibidir. Gələcək analar üçün bu infeksiya xüsusilə təhlükəlidir: uşaqda aşağı düşməyə, ölü doğuma və ya ağır patologiyalara səbəb ola bilər.

Həmçinin, həkimin fikrincə, insan allergiyanın varlığından şübhələnmədən illər boyu pişiklə yaşaya bilər. Ancaq zaman keçdikcə simptomlar görünə bilər: axan burun, qırmızı gözlər və ya dəri reaksiyaları. Bu vəziyyətdə səbəbi vaxtında müəyyən etmək və tədbir görmək vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun