Xəbərlər
Plastikdən daha möhkəm, viruslar üçün isə ölümcül
Xəbərlər
82

Plastikdən daha möhkəm, viruslar üçün isə ölümcül material hazırlandı

Alimlər tropik bitki olan luffadan ilhamlanaraq yeni bir süni polimer material hazırlayıblar. Bu material adi plastikdən dörd dəfə möhkəmdir, həmçinin virusları məhv edə bilir.

E-saglam.az-ın verdiyi xəbərə görə, bu barədə nüfuzlu "Science" jurnalında məqalə dərc olunub.

Ekspertlərin fikrincə bu, elektronika, tikinti və tibb sahələrində əsl inqilab vəd edir.

"Yeni polimerin quruluşu luffadan hazırlanan təbii süngərə bənzəyir. Quruduqda bərk, nəmləndikdə isə elastik olur. Quruluşuna görə mayeni rahatlıqla keçirir, amma bakteriya və virusları bloklayıb məhv edir", - deyə alimlər vurğulayıblar.

Yeni material aşağı sıxlığa malik olsa da, çox yüksək təzyiqə dözə bilir. Hətta o, penoplastdan daha yüngül olmasına baxmayaraq plastikdən 4 dəfə möhkəmdir.

Polimer rezorsin, aldehid, saf su və elektrik cərəyanı ilə heç bir əlavə mexaniki emal olmadan əldə olunur. Bu maddələr öz-özünə nazik, süngərəbənzər bir membran formalaşdırır.

Mütəxəssislər onu elektron qurğular, tibb avadanlıqları, yüngül, lakin dayanıqlı tikinti materiallarının hazırlanmasında istifadə oluna biləcəyini deyirlər. Materialın istənilən səthə tətbiq edilə bilməsi də əlavə üstünlükdür. Bu, onun möhkəmliyini artırır.

"Biz təsadüfən təbiətdəki süngərə çox bənzəyən, amma daha funksional bir material əldə etdik. Bu, gələcəyin yüngül və davamlı texnologiyaları üçün əsas olacaq," - deyə tədqiqatçılar bildirir.'

Oxu.az

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun