Sağlamlıq
Prostat sağlamlığı üçün
Sağlamlıq
410

Prostat sağlamlığı üçün 4 əsas şərtə əməl edin

Prostatitin qarşısını almaq üçün bir neçə sadə qaydaya riayət etmək kifayətdir.

E-saglam.az xəbər verir ki, bu sözləri "News.ru" ilə söhbətində onkoloq Sergey Pikulin deyib. O, prostat sağlamlığı üçün dörd şərti açıqlayıb.

Pikulinə görə, kişilərin sağlamlığı üçün təkcə aktiv cinsi həyat vacib deyil: "Prostatitin qarşısının alınması üçün 4 əsas şərt var. Bunlara qaçış, üzgüçülük, Kegel məşqləri və müntəzəm cinsi həyat daxildir". 

Prostat vəzinin iltihabı müalicə olunmazsa, zaman keçdikcə proses xroniki xarakter alacaq və təhlükəli fəsadlara səbəb ola bilər. Ona görə də xəstəliyin ilkin əlamətlərinə diqqət yetirmək lazımdır. 

Tərcümə etdi: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun