Psixologiya
Psixoloq: "Ailədaxili münaqişədən əziyyət çəkənlər cəmiyyətə elə də tez adaptə oluna bilmirlər"
Psixologiya
248

Psixoloq: "Ailədaxili münaqişədən əziyyət çəkənlər cəmiyyətə elə də tez adaptə oluna bilmirlər"

“Müəyyən qrup uşaqlar var ki, onlar daha çox bullinqə məruz qalırlar. Məktəb və ya sinfini dəyişmək məcburiyyətində qalanlar bu qrupa aid edilirlər”.

E-saglam.az xəbər verir ki, bunu Psixi Sağlamlıq Mərkəzinin psixoloqu Elnarə Baxışlı deyib.

O qeyd edib ki, sinfini dəyişən şagird tez bir zamanda yeni yoldaşlarına uyğunlaşmaqda çətinlik çəkir: “Yeni sinif yoldaşları da yeni gələn şagirdi asanlıqla qəbul etmək istəmirlər. Daha çox həssas, konfliktli və zarafatları narahatlıq kimi qəbul edənlər bullinqə tez məruz qalır. Belə uşaqlar da şiddətə məruz qoymağı xoşlayanların hədəfinə çevrilmiş olurlar. Ailədaxili münaqişədən əziyyət çəkənlər cəmiyyətə elə də tez adaptə oluna bilmirlər. Sinifdə həmin uşaqları tez hədəfə alırlar”.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun