Partnyorunuzla mübahisə edərkən duyğularınızı nəzarətdə saxlamaq çətin ola bilər, lakin bəzi ifadələr münasibətinizə düzəlməz zərər verə bilər.
E-saglam.az xəbər verir ki, psixoloq Jeffrey Bernstein inamı sarsıdan və sevilən birinin hisslərini dəyərsizləşdirən üç zəhərli ifadənin adını çəkdi.
"Münasibətlərin başlanğıcında insanlar özlərini daha yaxşı aparmağa çalışırlar, lakin zaman keçdikcə mühafizəkarlığını itirir və incidən sözlər deyirlər", - ekspert izah edib. O, xəbərdarlıq edir ki, bu ifadələr vərdiş halına gəlsə, münasibətlər pozulmağa məhkumdur.
Partnyorunuza hansı ifadələri deməməlisiniz?
“Həddindən artıq reaksiya verirsən” – bu ifadə insanda öz emosiyalarına şübhə yaradır.
"Bu, böyük bir şey deyil" - tərəfdaşınızın təcrübələrini dəyərsizləşdirir.
"Sən çox həssassan" - hisslərinin vacib olmadığı hissi yaradır.
Psixoloqun fikrincə, insanı bu şəkildə sakitləşdirməyə çalışsanız belə, belə sözlər ona laqeyd səslənir və onu rədd edilmiş kimi hiss etdirir.
Tərcümə: Könül Oruc