Faydalı
Psixoterapevt siqareti tərgitmək üçün
Faydalı
101

Psixoterapevt siqareti tərgitmək üçün vacib qayda açıqladı

Psixiatr-narkoloq və psixoterapevt Aleksandr Zvyagin bildirib ki, siqareti buraxmaq üçün ən mühüm və etibarlı motivasiya insanın öz sağlamlığını qorumaqdır.

E-saglam.az-ın məlumatına görə, o, aif.ru ilə müsahibəsində siqareti tərgitmək üçün əsas qaydaları açıqlayıb.

Zvyaginə görə, xarici amillər (iş yerində münaqişələr, boşanma təhlükəsi) siqaret çəkənlər üçün çox zaman faydasızdır və imtina etməyə səbəb olmur. "Xarici motivasiyalar etibarsızdır, çünki işdə və ya şəxsi həyatda münasibətlər başqa səbəblərdən pisləşə bilər, bu da siqareti tərgitmənin məqsədini itirər. Lakin sağlamlıqla bağlı daxili motivasiya daha dayanıqlıdır," — deyə həkim qeyd edib.

O əlavə edib ki, siqareti buraxmağa kömək edəcək motivasiyalar arasında belə məsələlər yer ala bilər: nəvələri ilə daha çox vaxt keçirmək istəyini duymaq, ağciyər xərçəngi təhlükəsi və ya kişilər üçün iktidarsızlıqdan qorxmaq.

Zvyagin həmçinin, məqsəd formalaşdırarkən düzgün sözlər seçməyin vacibliyini vurğulayıb. O, "imtina" sözünü "xilasetmə" və ya "nikotin asılılığından azadlıq" ilə əvəz etməyi tövsiyə edir. Bu yanaşma insanın bir şeyi itirmək hissini yaşamaması üçün vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun