Qidalanma
Pul qarşılığında 8 nəfərin yerinə peyvənd vurdurdu - TUTULDU
Qidalanma
199

Pul qarşılığında 8 nəfərin yerinə peyvənd vurdurdu - TUTULDU

Belçikanın Şarlerua şəhərində COVID-19 peyvəndini vurdurmaq istəməyənlərin yerinə 9-cu dəfə peyvənd olunan şəxs saxlanılıb.

E-saglam.az xarici KİV-ə istinadən bildirir ki, hadisə peyvənd mərkəzlərinin birində qeydə alınıb və 33 yaşlı şəxs xəstəxana işçisi tərəfindən ifşa olunub.

Həmin şəxsinin 100-150 avro qarşılığında başqalarının yerinə peyvənd olunduğu məlum olub.

Ard-arda 8 doza peyvənd olunan insanın səhhətinin yaxşı olduğu bildirilir. İstintaq başa çatdıqdan sonra sözügedən adamın və peyvəndin pulunu ödəyən şəxslərin 5 ilə qədər həbs və cərimə olaraq 800.000 avro ödəyəcəyi qeyd olunub.

Analoji hadisənin təxminən bir həftə öncə Yeni Zelandiya və Braziliyada da qeydə alındığı açıqlanıb./medicina.az/

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun