Xəbərlər
Qabyuyan maşınlardakı gizli sağlamlıq təhlükəsi –
Xəbərlər
193

Qabyuyan maşınlardakı gizli sağlamlıq təhlükəsi – çox adam xəbərsizdir

Təmiz qablar təqdim edən qabyuyan maşınlar əslində sağlamlıq üçün təhlükə mənbəyi ola bilər.

E-saglam.az xəbər verir ki, RTU MIREA universitetinin biotexnologiya üzrə mütəxəssisi Mariya Zolotareva xəbərdarlıq edib ki, bu məişət cihazlarının içərisindəki isti və rütubətli mühit bakteriyaların çoxalması üçün ideal şərait yaradır.

Ekspertin sözlərinə görə, qabyuyan maşınların iş rejimində yaranan 40-60°C istilik patogen bakteriyaları tamamilə məhv etmək üçün kifayət deyil. Məhz bu səbəbdən Pseudomonas aeruginosa, E.coli və digər zərərli mikroorqanizmlər burada bioplyonka əmələ gətirərək yaşayırlar. Bu bakteriyalar, düzgün təmizlənməmiş səthlərdən qabların üzərinə keçə bilər.

Qabyuyan maşının yaratdığı təhlükələr:

  • Mədə-bağırsaq pozğunluqları (çirklənmiş qidalarla qəbul zamanı)

  • Dəri allergiyaları (çirklənmiş qablarla təmas nəticəsində)

  • Tənəffüs problemləri (aerozollarla nəfəs alınması zamanı, xüsusilə zəif immunitetli şəxslərdə)

Nə etməli? – Ekspertin tövsiyələri:

  • Ayda bir dəfə maksimum temperaturda xüsusi dezinfeksiyaedici vasitələrlə yuma dövrü keçirin

  • Hər istifadədən sonra qapını açıq saxlayaraq içini qurudun

  • Rezin contalar və filtrləri mütəmadi təmizləyin

  • Bakterisid və funqisid təsiri olan keyfiyyətli yuyucu vasitələr seçin

Mariya Zolotareva əlavə edir ki, təmizliyə xidmət edən bu cihazlar, düzgün istifadə edilməzsə, əks təsir göstərə bilər: “Qabyuyan maşının təmiz görünməsi onun təhlükəsiz olduğunu göstərmir. İstifadəçilər gigiyena qaydalarına mütləq əməl etməlidirlər”.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun