Xəbərlər
Qadın 140 saat fasiləsiz yemək bişirərək
Xəbərlər
529

Qadın 140 saat fasiləsiz yemək bişirərək Ginnesin Rekordlar Kitabına düşüb

Onun qeyri-adi bir məqsədi var idi. Avstraliyalı aşpaz Evette Quibia 140 saat 11 dəqiqə 11 saniyə fasiləsiz yemək bişirərək dünya rekordu vurub.

E-saglam.az xəbər verir ki, Evette əhalinin 30%-nin yoxsulluq həddinin altında yaşadığı Liberiyada anadan olub. Uşaqlıqdan bəri aşpaz ailəsinin və çətin vəziyyətlərdə olan digər insanların həyatını dəyişdirmək arzusunda idi.

"Mən həmişə böyük olmaq və ya qeyri-adi bir şey etmək arzusunda idim. Mən çox iddialıyam və böyük arzulayıram. Amma yaşadığım həyat səbəbiylə, olmaq istədiyim insan olmağıma imkan verən şeyləri etmək imkanım olmadığını hiss edirəm", - Evette paylaşdı.

Sınaq zamanı Kuibia ənənəvi Liberiya yeməklərini bişirdi və onları istəyən hər kəsə payladı. Beş gün ərzində o, yüzlərlə adamı yedizdirdi.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun