Xəbərlər
Qadının əsnəməkdən çənəsi
Xəbərlər
349

Qadının əsnəməkdən çənəsi kilidləndi

ABŞ-də qadın əsnəyərkən bədbəxt hadisə ilə üzləşib.

E-saglam.az "Unikal"-a istinadən xəbər verir ki, qadının əsnədiyi zaman çənəsi kilidlənib. Elmi adı trismus adlanan bu vəziyyət qadını və ailəsini narahat edib. İlk zaman amerikalının ailəsi onun zarafat etdiyini düşünüb. 

Lakin çənəsini bağlaya bilməyən qadın xəstəxanaya üz tutub. Cennanın çənəsini normal vəziyyətinə qaytarmaq üçün dörd həkim lazım olub. Onun əzələlərini rahatlaşdıran xüsusi vasitələr veriblər. 

"Əzələləriniz spazm ola bilər və alt çənəniz yerindən sürüşə bilər ki, bu da trismusa səbəb ola bilər", - deyə həkimlərdən biri qeyd edib. 

Hadisə ilə gündəmə gələn Cenna indi əsnəməkdən qorxduğunu açıqlayıb. 

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun