Qidalanma
Qadınlara yaddaşı qorumaq üçün bəzi qidalardan
Qidalanma
90

Qadınlara yaddaşı qorumaq üçün bəzi qidalardan imtina tövsiyə edildi

Nevroloq Lisa Moskoni qadınlarda yaddaş itkisini sürətləndirən əsas səbəblərdən biri kimi şəkərin həddindən artıq istifadəsini göstərib. Onun sözlərinə görə, düzgün qidalanma idrak qabiliyyətlərinin qorunmasında mühüm rol oynayır.

E-saglam.az-ın məlumatına görə, Moskoni bildirib ki, gündəlik rasionda ultra emal olunmuş qidaların miqdarı minimuma endirilməlidir. Belə məhsullar beyinə qan axınını zəiflədir və metabolik xəstəliklərin yaranma riskini artırır.

O qeyd edib ki, qlükoza beynin əsas enerji mənbələrindən biri olsa da, həddindən artıq şəkər istifadəsi yaddaş zəifliyi və idrak funksiyalarının azalmasına gətirib çıxarır.

Həkim qadınlara həmçinin süni dadlandırıcıları, qazlı içkiləri və alkoqollu məhsulları da pəhrizlərindən çıxarmağı tövsiyə edib.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun