Tibbi xəbərlər
Qan qrupu stresə necə reaksiya verdiyinizi müəyyən edə bilər –
Tibbi xəbərlər
149

Qan qrupu stresə necə reaksiya verdiyinizi müəyyən edə bilər – yeni tədqiqatdan maraqlı nəticə

Yaponiyalı alimlər qan qrupu ilə stresə qarşı fərqli reaksiyalar arasında birbaşa əlaqə olduğunu sübut edən yeni araşdırma açıqlayıblar.

E-saglam.az xəbər verir ki, Tokyo Universitetində 800 nəfər üzərində aparılan tədqiqat zamanı məlum olub ki:

0 (I) qan qrupuna malik insanlar adətən fiziki stressə daha davamlı olurlar, lakin emosional təzyiqlərə qarşı daha həssasdırlar.

A (II) qrupu olanlar isə daxili narahatlığı daha tez hiss edir və uzunmüddətli stressə qarşı daha zəif müqavimət göstərirlər.

B (III) qrupu insanlarda əksinə, stresə qarşı adaptasiya bacarığı yüksəkdir, lakin ani gərginliklərdə daha aqressiv reaksiya verə bilirlər.

AB(IV) qrupu isə balanslı reaksiyalar göstərir, lakin psixoloji yorğunluq bu qrupda daha gec üzə çıxsa da, bərpa prosesi daha ləng olur.

Tədqiqatçılar bildirirlər ki, bu nəticələr həm psixoloji sağlamlıq planlamasında, həm də iş yerlərində fərdi stres idarəetmə metodlarının seçilməsində faydalı ola bilər. Həmçinin psixoloqlar və terapevtlər üçün fərdiləşdirilmiş yanaşma modellərinə keçid üçün yeni əsas yaradır.

Professor Kenji Yamamoto: “Qan qrupunun təkcə bioloji yox, psixoloji əhəmiyyət daşıması sübut olundu. Gələcəkdə bu yanaşma ilə depressiya və panik atak riskləri də öncədən proqnozlaşdırıla bilər.”

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun