Tibbi xəbərlər
Qan qrupu xəstəlik riskini dəyişir:
Tibbi xəbərlər
200

Qan qrupu xəstəlik riskini dəyişir: alimlərdən yeni kəşf

Yeni araşdırmalar göstərir ki, insanın qan qrupu yalnız donor uyğunsuzluğu ilə bağlı deyil, eyni zamanda müxtəlif xəstəliklərə qarşı həssaslıq və ya müqavimət baxımından da ciddi rol oynayır.

E-saglam.az xəbər verir ki, ABŞ və Avropa alimlərinin birgə apardığı araşdırmada məlum olub ki:

  • A(II) qan qrupuna sahib şəxslər ürək-damar xəstəlikləri və mədə xərçəngi riskinə daha çox məruz qalır.

  • 0(I) qan qrupuna sahib insanlar malyariya və bəzi viruslara qarşı daha davamlıdır, lakin qanaxma və travma zamanı daha çox təhlükə altındadır.

  • AB(IV) qan qrupu isə həm ürək-damar, həm də beyin qan dövranı pozğunluqları riski ilə əlaqələndirilir.

  • B(III) qrupu olan şəxslərdə tip 2 diabetiltihabi xəstəliklər daha tez-tez müşahidə olunur.

Alimlər bildirir ki, bu fərqliliklər qan hüceyrələrinin səthindəki antigenlərinimmun reaksiyaların fərqli işləməsi ilə bağlıdır. Bu nəticələr gələcəkdə fərdi müalicə və profilaktika proqramlarının hazırlanmasına kömək edə bilər.

Həkimlər nə tövsiyə edir?

Mütəxəssislər hər kəsə — istər A, istər B, istər 0 və ya AB qan qrupu daşıyıcısı olmasından asılı olmayaraq — mütəmadi tibbi müayinələrdən keçməyi, sağlam qidalanma və aktiv həyat tərzini əsas prinsip kimi qəbul etməyi tövsiyə edir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun