Tibbi xəbərlər
Qarın ağrısı ilə həkimə getdi, böyrəyindən
Tibbi xəbərlər
180

Qarın ağrısı ilə həkimə getdi, böyrəyindən 23 santimetrlik kista çıxarıldı

Bitlisin Adilcevaz rayonunda yaşayan 56 yaşlı Vəzir Erçetin qarın ağrısı və şişkinlik səbəbilə xəstəxanaya müraciət edib.

E-saglam.az xəbər verir ki, müayinələr zamanı onun sol böyrəyində 23 santimetr ölçüsündə nəhəng kista aşkarlanıb və cərrahi yolla uğurla çıxarılıb.

Bitlis-Tatvan Dövlət Xəstəxanasında aparılan görüntüləmə nəticələrinə əsasən, kistanın böyrəyə və ətraf orqanlara təzyiq göstərdiyi müəyyən edilib. Urologiya üzrə mütəxəssis cərrah Dr. Ercan Bayrak bildirib:

“Böyrəkdə 23 santimetr ölçüsündə iri kütləvi kista aşkar etdik. Bu tip böyük kistalar artıq qarında şişkinlik, narahatlıq və ağrılara səbəb ola bilər. Əməliyyatla böyrəyin sidik ifraz edən bölgəsini kistadan ayırdıq və böyrəyin quruluşunu qoruyaraq çıxardıq. Əməliyyat uğurla başa çatdı.”

Dr. Bayrak əlavə edib ki, belə hallarda vaxtında həkimə müraciət və görüntüləmə vasitəsilə dəqiq diaqnoz həyati əhəmiyyət daşıyır.

“Qarın ağrısı və şişkinlik kimi əlamətlər varsa, mütləq müayinə olunmaq lazımdır”, – deyə o xəbərdarlıq edib.

 Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun