Faydalı
Qarışqaları mətbəxinizdən uzaq tutmağın sadə yolu:
Faydalı
388

Qarışqaları mətbəxinizdən uzaq tutmağın sadə yolu: soda ilə..

Yayda evlərə doluşan qarışqalar mətbəxdə ciddi narahatlıq yaradır.

E-saglam.az xəbər verir ki, əgər siz də bu problemdən bezmisinizsə və kimyəvi maddələrdən istifadə etmək istəmirsinizsə, çörək sodası ilə bu işin öhdəsindən asanlıqla gələ bilərsiniz.

Necə tətbiq etməli?

Qarışqaların mətbəxə daxil olduğu nöqtələri müəyyən edin. Daha sonra bu keçidlərə və qarışqaların tez-tez gəzdiyi yerlərə birbaşa çörək soda səpin. Soda onların bu əraziləri tərk etməsinə səbəb olacaq.

Niyə məhz çörək sodası?

Çörək sodası həm təsirli, həm də zərərsiz bir vasitədir. Ev heyvanları və uşaqlar üçün təhlükə yaratmır. Üstəlik ucuzdur və əlinizin altında olur.

Bu sadə üsulu mütəmadi tətbiq etsəniz, qarışqaların mətbəxinizə gəlməsinin qarşısını ala bilərsiniz. Kimyəvi spreylərə ehtiyac olmadan, təmiz və gigiyenik bir mühitdə rahatlıqla yaşaya bilərsiniz.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun