Qidalanma
Qarpız səhv vaxtda yeyilərsə, fayda yerinə
Qidalanma
105

Qarpız səhv vaxtda yeyilərsə, fayda yerinə zərər verə bilər

Yay aylarının ən sevilən meyvəsi olan qarpız, xüsusilə pendirlə birlikdə yeyildikdə süfrələrin əvəzolunmaz ləzzətinə çevrilir. Tərkibindəki yüksək su və qida maddələrinə görə sağlamlıq üçün çox faydalı olsa da, mütəxəssislər xəbərdarlıq edir ki, qarpız düzgün vaxtda yeyilmədikdə orqanizmə ciddi ziyan vura bilər.

E-saglam.az-ın məlumatına görə, Rusiya Dövlət Təhsil Universitetinin Tibb fakültəsinin professoru Aleksandr Umnov bildirib ki, qarpızın səhər, günorta və axşam saatlarında yeyilməsi problem yaratmır. Amma gecə qarpız yemək orqanizm üçün təhlükəli ola bilər. Onun sözlərinə görə, gecə saatlarında qəbul edilən qarpız sidik kisəsini yükləyərək narahatlıq yaradır və yuxu rejimini poza bilər.

Mütəxəssis əlavə edib ki, qarpız güclü sidikqovucu təsirə malikdir. Buna görə də sidik-cinsiyyət sistemi xəstəlikləri, böyrək daşları, şişkinlik, ishal, kolik, prostat və mədəaltı vəzi problemləri olan insanlar üçün təhlükə yarada bilər.

Umnov həmçinin valideynlərə xəbərdarlıq edib ki, iki yaşınadək uşaqlara qarpız verilməməlidir, çünki bu, qida allergiyasına səbəb ola bilər.

Qarpız sağlam və faydalı meyvədir, lakin düzgün vaxtda yeyilmədikdə xeyirdən çox zərər verə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun