Qidalanma
Qarpızda gizlənən təhlükə:
Qidalanma
150

Qarpızda gizlənən təhlükə: Göz görə-görə zəhərlənirik

Yay aylarının olmazsa olmazı olan qarpız sərinləşdirici dadı ilə süfrələrin ulduzudur. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, səhv istehlak vərdişləri ciddi sağlamlıq problemlərinə yol aça bilər. Gigiyena qaydalarına diqqət etmək vacibdir.

E-saglam.az xəbər verir ki, yay mövsümündə meyvə istehlakı artır. Xüsusilə qarpız dadına və soyuducu təsirinə görə çox seçilir. Ancaq qarpızlar isti havada tez xarab olur və gigiyena qaydalarına əməl edilmədən yeyildikdə zəhərlənmələrə səbəb ola bilər. Mütəxəssislər xüsusilə açıq havada boş və dilimlənmiş qarpızların satışına diqqətli yanaşmağı tövsiyə edirlər.

Qarpızın səthi və kəsildiyi bıçaqda bakteriyalar toplanaraq sağlamlıq üçün təhlükə yaradır. Soyuducuda saxlanmayan və uzun müddət açıq qalan qarpızlarda Salmonella və Listeria kimi mikroorqanizmlər inkişaf edə bilər. Bu bakteriyalar ürəkbulanma, qusma, ishal və yüksək hərarət kimi qida zəhərlənməsi simptomlarına səbəb ola bilər.

Qeyri-gigiyenik şəraitdə dilimlənmiş qarpızlar, xüsusilə uşaqlar, yaşlılar və immun sistemi zəif olanlar üçün ciddi risk daşıyır. Bazardan alınan qarpızların yuyulmadan kəsilməsi bakteriyaların meyvəyə keçməsinə şərait yaradır.

Qarpızı təhlükəsiz istifadə etmək üçün mütəxəssislər aşağıdakı qaydalara əməl etməyi məsləhət görürlər. Qarpız almazdan əvvəl xarici səthinin təmiz olmasına əmin olun. Açıq havada satılan dilimlənmiş qarpızlardan uzaq durun. Kəsmədən əvvəl qarpızın xarici səthini bol su ilə yuyun. Bıçaq və kəsmə taxtasının təmiz olmasına diqqət edin, çiy ətlə təmas etməməlidir. Qarpızı kəsdikdən sonra uzun müddət açıq saxlamayın, soyuducuda saxlayın. Qarpızın dadı, qoxusu və teksturasında qeyri-adi bir dəyişiklik varsa, onu yeməyin.

Təravətləndirici təsiri və faydaları ilə yay süfrələrinin vazkeçilməz hissəsi olan qarpız, gigiyena qaydalarına əməl edilmədikdə sağlamlıq üçün təhlükə yarada bilər. Mütəxəssislərin xəbərdarlıqlarını nəzərə alaraq qarpızı təhlükəsiz şəkildə istehlak etmək mümkündür. Sağlam yay keçirmək sizin əlinizdədir.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun