Qastroenteroloq Yuliya Slasten xəbərdarlıq edir ki, bəzi hallarda baş ağrısı mədə iltihabının – yəni qastritin gizli əlaməti ola bilər.
E-saglam.az xəbər verir ki, o bildirib ki, bu vəziyyət bədənin parasimpatik sinir sisteminin aktivləşməsi və vagus sinirinin qıcıqlanması ilə bağlıdır. Bu da beyin və mədə arasında birbaşa sinir əlaqəsinin simptomatik nəticəsidir.
Slastenin sözlərinə görə, qastritin simptomları fərqli insanlarda müxtəlif formalarda özünü göstərə bilər. Tipik əlamətlərə qarının yuxarı hissəsində ağırlıq və ya ağrı, ürəkbulanma, nəfəs darlığı, gəyirmə, ürək yanması və ağızda acı dad daxildir.
Bundan əlavə, şişkinlik, qaz toplanması, bağırsaq pozğunluğu və ümumi zəiflik də müşahidə edilə bilər. Həkim qeyd edib ki, bu simptomlar tez-tez fərqli xəstəliklərlə qarışdırılır və vaxtında müayinədən keçmək vacibdir.
Tərcümə: Könül Oruc