Bağırsaq hərəkətləri ilə bağlı problemlər çox narahat ola bilər.
E-saglam.az xəbər verir ki, qastroenteroloq Cozef Salhab qəbizliyi tez bir zamanda aradan qaldıra bilən təbii vasitələr müəyyən edib.
Ekspert beş məhsulun adını çəkdi:
- kivi;
- gavalı və ya gavalı kompotu;
- əjdaha meyvəsi və ya pitahaya;
- alma;
- armud.
Joseph Salhab izah etdi ki, bu meyvələrdə bağırsaq hərəkətlərini stimullaşdırmağa kömək edən təbii birləşmələr var. Bağırsaq üçün faydalı lifin digər yaxşı mənbələrinə tərəvəzlər və bütün taxıllar daxildir. Bol su içmək də daimi qəbizliyin öhdəsindən gəlməyə kömək edəcək.
Tərcümə: Könül Oruc