Tibbi xəbərlər
Qazaxda arıçı arı sancmasından öldü
Tibbi xəbərlər
104

Qazaxda arıçı arı sancmasından öldü

Qazax rayonunda arı yerli sakinin ölümünə səbəb olub.

E-saglam.az xəbər verir ki, “Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə Cəfərli kəndində, “Bayram bulağı” deyilən ərazidə baş verib.

Belə ki, arının sancmasından sonra halı pisləşən Qazax rayon sakini, 1965-ci il təvəllüdlü Tahir Qocayev xəstəxanaya aparılıb.

Həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, T.Qocayev həmin ərazidə arıcılıqla məşğul olub.

Faktla bağlı araşdırma aparılır.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun