Qidalanma
Qəssablardan COVID-19 pasportu tələb ediləcək - RƏSMİ
Qidalanma
120

Qəssablardan COVID-19 pasportu tələb ediləcək - RƏSMİ

“Qurbanlıq heyvan kəsimini aparacaq şəxslər həkim müayinəsindən keçməlidirlər”.

E-saglam.az xəbər verir ki, bu barədə Azərbaycanın Qida Təhlükəsizliyi Agentlinin şöbə müdiri Qalib Əbdüləliyev məlumat verib.

O bildirib ki, kəsimi aparacaq qəssab tələblərə cavab verməlidir:

“Bu şəxslərdən COVID-19 pasportunun olması və ya artıq bir dəfə vaksinasiya olunması, birinci dozanı qəbul etməsi tələb olunacaq. Qəssablar kəsimdən əvvəl kəsim müəssisəsində yoxlanıldıqdan sonra onların məntəqədə fəaliyyət göstərməsinə imkan veriləcək”.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun