Qidalanma
Qidalanma vərdişinin dəyişdirilməsi
Qidalanma
8

Qidalanma vərdişinin dəyişdirilməsi ömrü 3 il uzada bilər

Tədqiqatçılar 45 yaşından sonra qidalanma vərdişlərinin dəyişdirilməsinin insan ömrünü orta hesabla 3 ilə qədər artıra biləcəyini müəyyən ediblər.

E-saglam.az xəbər verir ki, İngiltərədə Böyük Britaniya Biobankı ilə əməkdaşlıq çərçivəsində aparılan araşdırmada 10 il ərzində 103.649 nəfərin qidalanma modeli, ölüm nisbəti və ömür uzunluğu arasındakı mümkün əlaqə təhlil edilib.

10,6 illik müşahidə dövründə qeydə alınan 4314 ölüm faktı əsasında hazırlanan təhlil göstərib ki, “Alternativ Sağlam Qidalanma İndeksi-2010”, “Alternativ Aralıq dənizi pəhrizi (aMED)”, “Sağlam Bitki Əsaslı Qidalanma İndeksi (hPDI)”, “Hipertoniyanın qarşısının alınması üçün qidalanma yanaşmaları” və “Diabet Riskini Azaltma Pəhrizi (DRRD)” kimi qidalanma modelləri ölüm riskini azaldır və ömrün uzunluğunu artırır.

Nəticələrə görə, bu pəhrizlər kişilərdə ömrü 1,9–3 il, qadınlarda isə 1,5–2,3 il uzada bilər. Ən böyük təsirin kişilərdə DRRD pəhrizi, qadınlarda isə aMED pəhrizi ilə müşahidə olunduğu bildirilib.

Araşdırma həmçinin göstərib ki, sağlam qidalanmanın müsbət təsiri genetik meyllərdən asılı deyil və ümumi olaraq ömür uzunluğunun artırılmasında mühüm rol oynayır.

Tədqiqatın nəticələri “Science Advances” jurnalında dərc edilib.

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun