Sağlamlıq
Qlobal problemə çevrilən diqqət dağınıqlığı və zəif qavrama... -
Sağlamlıq
365

Qlobal problemə çevrilən diqqət dağınıqlığı və zəif qavrama... - Əlamətləri nələrdir?

Dünyada milyonlarla insan zəif qavrayış və ya diqqət çatışmazlığı pozğunluğu yaşayır.

E-saglam.az xəbər verir ki, Daily Mail-də yayımlanan xəbərə görə, disleksiya və ya diqqət çatışmazlığından əziyyət çəkənlərin sayı artmaqdadır.

Mütəxəssislərin fikrincə, həm uşaqlarda, həm də böyüklərdə diaqnoz qoyulan bu problemlərin mənbəyi yaxşı bilinməyən zəif qavrayış pozğunluğudur. Bu vəziyyətin zəka ilə əlaqəli olmadığını vurğulayan İngilis elm adamları, qavrayış problemini göstərən əlamətləri belə sıralayıblar:

- Təlimatlara və suallara yavaş cavab vermək

- Oxumağa və yazmağa daha çox vaxt sərf etmək

- Çox məlumat səbəbiylə çaşqınlıq yaşamaq

- Söhbətləri izləməkdə çətinlik çəkmək

- Düzgün sözü tapmaqda çətinlik çəkmək

- Vaxtı idarə edə bilməmək.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun