Qidalanma
Qovunun ən dəyərli hissəsi illərlə zibilə atılıb –
Qidalanma
180

Qovunun ən dəyərli hissəsi illərlə zibilə atılıb – bu faydanı çoxu bilmir

Yay mövsümünün sevilən meyvəsi olan qovun, təkcə şirin dadı ilə deyil, içindəki toxumlarla da sağlamlıq baxımından qiymətlidir.

E-saglam.az xəbər verir ki, uzun illər sadəcə tullantı sayılan qovun toxumlarının əslində sağlamlıq üçün əsl xəzinə olduğu indi üzə çıxır. Mütəxəssislər bu toxumların tərkibindəki zəngin vitamin və mineralların bədənə çoxsaylı fayda verdiyini vurğulayırlar.

Vitamin və minerallarla zəngindir

Qovun toxumu A, C və E vitaminləri ilə yanaşı kalsium, kalium, maqnezium və sinklə də zəngindir. Bu tərkib sayəsində immun sistemini gücləndirir, sümük inkişafını dəstəkləyir və ürək-damar sağlamlığına müsbət təsir göstərir.

Həzm sisteminə faydalıdır

Yüksək lif tərkibinə malik olan qovun toxumu həzmi asanlaşdırır, bağırsaqların daha müntəzəm işləməsinə kömək edir. Xüsusilə qəbizlik problemi olan şəxslər üçün təbii bir dəstək vasitəsidir.

Dəriyə və saçlara canlılıq verir

E vitamini ilə zəngin olan qovun toxumu dəri hüceyrələrinin yenilənməsinə kömək edir, dərini daha sağlam və parlaq göstərir. Eyni zamanda saç tökülməsinin qarşısını almağa və saç follikullarını gücləndirməyə kömək edə bilər.

Pis xolesterola qarşı təsirlidir

Qovun toxumu qandakı pis xolesterolu (LDL) azaltmağa kömək edir, ürək-damar sağlamlığını dəstəkləyir. Həmçinin, qan təzyiqinin tarazlanmasına da müsbət təsir göstərdiyi müşahidə olunub.

Necə istifadə olunmalıdır?

Qovun toxumları yaxşıca yuyulduqdan sonra qovrularaq qəlyanaltı kimi yeyilə bilər. Yoqurt və smuzi ilə qarışdıraraq da istifadə etmək mümkündür. Hətta bu toxumlardan çay da hazırlana bilər.

Diqqət:

Təbii və faydalı bir qida olsa da, qovun toxumunu həddindən artıq miqdarda qəbul etmək tövsiyə edilmir. Xüsusilə ilk dəfə istifadə edənlərdə allergik reaksiyalar baş verə biləcəyindən diqqətli olmaq vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun