Tibbi xəbərlər
Qulağındakı cingilti beyin xərçənginin xəbərçisi oldu -
Tibbi xəbərlər
80

Qulağındakı cingilti beyin xərçənginin xəbərçisi oldu - 58 yaşlı kişinin inanılmaz hekayəsi

58 yaşlı Britaniya sakini Chris Shade-in beyin xərçəngi olduğunu göstərən tək əlamət qulaqlarında davamlı cingilti — tinnitus idi.

E-saglam.az xəbər verir ki, o, bu nadir və az bilinən simptomun sayəsində həyati təhlükə doğuran şişin vaxtında aşkarlandığını deyir.

Shade “The Sun” nəşrinə bildirib ki, heç vaxt baş ağrısı və ya digər klassik beyin xərçəngi əlamətləri yaşamayıb. Uzun müddət qulağındakı səs-küyü stress və narahatlıqla əlaqələndirib, xüsusilə də Əfqanıstanda xidmət edən oğluna görə gərgin olduğunu düşünüb.

Lakin sonradan digər əlamətləri də xatırlayıb — yanan bir şeyin qoxusunu hiss etmək və bəzən danışmaqda çətinlik çəkmək. 2017-ci ildə aparılan MRT müayinəsində onun sağ beyin payında böyük bir şiş – oliqodendroqlioma aşkarlanıb. Cərrahi yolla şiş çıxarılıb, lakin həkimlər xəstəliyin təkrar riski barədə xəbərdarlıq ediblər.

2020-ci ilin sonunda xəstəlik təkrarlandıqda, yeni əməliyyat yerinə şüa və kimyaterapiya tətbiq olunub. Shade deyir: “Tam sağalma şansım yoxdur, amma şişi aylar və ya illərlə yatızdırmaq olar. Əsas odur ki, yaşamaq üçün vaxtım və fürsətim var”.

Bu hadisə nadir simptomların da ciddi xəstəliklərin xəbərçisi ola biləcəyini göstərir. Shade-in hekayəsi həm həkimlər, həm də pasiyentlər üçün xəbərdarlıq xarakteri daşıyır.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun