Xəbərlər
Rafael Ağayev yenidən
Xəbərlər
232

Rafael Ağayev yenidən əməliyyat olundu

Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, karateçi Rafael Ağayev əl nahiyəsindən əməliyyat olunub.

E-saglam.az xəbər verir ki, o, bu barədə sosial media hesablarında paylaşım edib.

İdmançımız hazırda vəziyyətinin yaxşı olduğunu, əməliyyatın uğurlu keçdiyini bildirib.

Xatırladaq ki, ötən həftə o, burun çəpərindəki əyriliyi ilə bağlı əməliyyat olunmuşdu.

Qeyd edək ki, Rafael Ağayev beşqat dünya çempionu, 11 qat Avropa çempionu və müxtəlif beynəlxalq turnirlərin qalibidir.

E-saglam.az

 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun