Xəbərlər
Reanimatoloq: Gənc yazar Murad Muradovun ölüm xəbəri
Xəbərlər
1555

Reanimatoloq: Gənc yazar Murad Muradovun ölüm xəbəri həqiqəti əks etdirmir

Gənc yazar, aparıcı Murad Muradovun ölüm xəbəri həqiqəti əks etdirmir.

Bu barədə E-saglam.az-a Quba Mərkəzi rayon Xəstəxanasından məlumat verilib.

Xəstəxananın reanimasiya şöbəsinin reanimatoloqu Paşa Məmmədov bildirib ki, gənc yazarın həyatda qalmaq şansı olmasa da, hələ ki, sağdır.

O qeyd edib ki, M.Muradovun vəziyyəti son dərəcədə ağırdır, komadadır:

"Beyin ölümü baş verib, lakin hələ ki, ürək vurur. O, süni nəfəs aparatına bağlıdır".

Qeyd edək ki, bu gün sosial mediada gənc yazar, aparıcı Murad Muradovun ölüm xəbəri yayılıb.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun