Xəbərlər
"Referans"ın Mərdəkan filialının direktoru
Xəbərlər
75

"Referans"ın Mərdəkan filialının direktoru arvadını güllələyib?

İyulun 16-da Yasamal rayonu, M.Xiyabani küçəsində 1987-ci il təvəllüdlü Fərqanə Kərimova evdə ailə münaqişəsi zəminində həyat yoldaşı, 1986-cı il təvəllüdlü Vasif Kərimov tərəfindən odlu silahla güllələnib.

E-saglam.az xəbər verir ki, qadın ağır vəziyyətdə Respublika Klinik Xəstəxanasına yerləşdirilib, müalicəsi davam edir.

Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi (qəsdən adam öldürməyə cəhd) ilə cinayət işi başlanıb. Vasif Kərimov saxlanılıb, ondan hadisədə istifadə etdiyi ov tüfəngi götürülüb.

Məlum olub ki, o, "Referans Medı-Art Hospital" MMC-nin (Mərdəkan filialı) direktorudur. Cütlüyün iki övladı var.

İstintaq davam edir.

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun